Bank Of Baku

“Parabank” “Cash by Code” xidmətini təqdim edib

“Parabank” “Cash by Code” xidmətini təqdim edib
# 18 may 2011 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin plastik kart sahibləri artıq məsafədən asılı olmayaraq və eyni zamanda plastik kartı bankomatda istifadə etmədən nağd vəsait əldə edə bilərlər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu imkanı yeni yaradılmış «Cash by Code» xidməti vasitəsilə həyata keçirmək mümkündür.

Bu xidmət vasitəsilə kart sahibləri hesablarından istənilən məbləğdə və valyutada, plastik kartı olmayan şəxslərə nağd pul göndərə bilərlər. «Cash by Code» xidməti əsasında plastik kartı olmayan şəxslərə bankomat vasitəsilə nağd pulun dərhal çatdırılması, banka müraciət etmədən, plastik kart olmadan nağd pulun xüsusi kodla bankomat vasitəsilə alınması və günün istənilən saatlarında nağd vəsaitin əldə olunması imkanını yaradır.

Xidmətdən istifadə etmək üçün kart sahibi bankomata öz kartını daxil edərək, əsas menyuda «Cash by Code» seçir, məbləği və valyutanı daxil edib, nağd pulu göndərmək istədiyi şəxsin mobil telefon nömrəsini daxil edir. Sistem iki hissədən ibarət kod yaradaraq, birini SMS vasitəsilə pulu alan şəxsin mobil nömrəsinə göndərir, digərini isə ATM vasitəsilə çek şəklində çap edir. Kodun birinci hissəsini müştəri istədiyi şəkildə pulu alan şəxsə çatdıra bilər. Bu kod yalnız 24 saat aktiv olur.

Qeyd edək ki, «Cash by Code» xidmətinin «AzeriCard» Prosessinq Mərkəzinə daxil olan bankların bankomatlarında istifadəsi mümkündür.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR