Bank Of Baku

“Bank of Baku”nun “Xəqani” filialının 5 yaşı tamama olub

“Bank of Baku”nun “Xəqani” filialının 5 yaşı tamama olub
# 18 may 2011 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin «Xəqani» filialının 5 illiyini qeyd edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində filial bir neçə il elektron şöbə kimi də fəaliyyət göstərib. Həmin dövr filialda və ümumiyyətlə, Azərbaycanda ilk dəfə olaraq «Bank of Baku» tərəfindən unikal «Cash-in» ödəmə aparatlarının geniş şəkildə quraşdırılması ilə nəticələnib.

Filialın direktoru Elnur Ömərovun sözlərinə görə, elektron şöbə müştərilərin elektron ödəniş sisteminə alışması üçün yaxşı bir imkan olub və nəticədə müştərilərin əsas hissəsi ödənişlərini «Cash in» ödəniş aparatları vasitəsilə həyata keçirir: «Aparatların olması işimizdə böyük yardımçıdır. Hazırda filialda 2 «Cash-in» aparatı mövcuddur və onların rolu filialın fəaliyyətində çox müsbətdir».

Direktor bildirib ki, hazırda müştərilərin ümumi sayı 4 minə yaxındır: “Filial kimi fəaliyyətə başlanandan verdiyimiz kreditlərin sayı 300-dən çoxdur, məbləği isə 200 min manat təşkil edir”.

Qeyd edək ki, cari ilin aprel ayının 1-nə olan göstəriciyə görə, «Xəqani» filialının depozit portfeli 4 mln. manata çatıb.

Xatırladaq ki, bankın «Xəqani» filialı Xəqani-2 / Mərdanov qardaşları-8 küçələrinin kəsişməsində yerləşir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR