Bank Of Baku

«United Credit Bank»ın Müşahidə Şurasına yeni üzv seçilib

«United Credit Bank»ın Müşahidə Şurasına yeni üzv seçilib
# 20 may 2011 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin səhmdarlarının qərarı ilə bankın Müşahidə Şurasına yeni üzv seçilib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, iclasda səhmdarlar Müşahidə Şurasına yeni üzv kimi Mamed Maqomadovun namizədliyi təsdiqlənib.

V.Əliyev bildirib ki, M.Maqomadov əvvəllər bankın Müşahidə Şurasının üzvü olan Nurqələm Səlimovun yerinə təyin edilib. Hazırda Müşahidə Şurasının sədri Hüseyn Marayev, üzvləri isə Zaur Zeynalovdur.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib.

Cari ilin aprelin 1-nə bankın aktivləri 43,162 mln. manat, kredit portfeli 33,050 mln. manat, depozit portfeli 14,813 mln. manat, məcmu kapitalı 13,975 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Bankın 6 filialı, 5 bankomatı, 39 POS-terminalı və 118 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR