Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsi Monqolustan Baş Gömrük İdarəsinə təlim keçmiş iki it hədiyyə edəcək

Azərbaycan Dövlət Gömrük Komitəsi Monqolustan Baş Gömrük İdarəsinə təlim keçmiş iki it hədiyyə edəcək
# 21 may 2011 07:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Monqolustan Baş Gömrük İdarəsinə təlim keçmiş iki baş it hədiyyə edəcək. Bu barədə APA-ya DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK və Monqolustan Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokola uyğun olaraq Monqolustan 2 mütəxəssisi Azərbaycana səfər edib. Onlar DGK-nın Kinoloji Mərkəzində yerli kinoloqların təcrübəsindən yararlanmaq məqsədilə təlim kursları keçirlər. Bir ay davam edəcək təlim kurslarında monqolustanlı kinoloqlar xidməti itlərdən narkotik vasitələrin, silah-sursatın axtarışında daha da səmərəli istifadə etməyi öyrənəcək, eyni zamanda gündəlik iki saat müddətində tədris materiallarının köməyi ilə nəzəri təcrübədən yararlanacaqlar.

Qeyd edək ki, DGK tərəfindən indiyədək Bolqarıstan, Moldova, Rumıniya, Türkiyə, Gürcüstan və Makedoniya gömrük xidmətlərinə də təlim keçmiş itlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR