Bank Of Baku

«Bank of Baku» paytaxtda yeni filial açıb

«Bank of Baku» paytaxtda yeni filial açıb
# 02 iyun 2011 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən «Bank of Baku» ASC-nin «Mərdəkan» filialı fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial Mərdəkan qəsəbəsinin girişində yerləşir.

Filialın açılış mərasimində bankın İdarə Heyətinin sədri Fərid Əlizadə bildirib ki, bankın regional inkişaf siyasəti xidmət səviyyəsinin təkmilləşdirilməsi və bankın müştəri bazasının genişləndirilməsinə yönəlib: «Mərdəkan filialının açılması qərarı mövcud müştəriləri konsentrasiyasının təhlili, birbaşa sorğuların nəticələri, istehlak kreditləşməsi üzrə tərəfdaşlarımızın istəkləri və əlbəttə ki, bu zonanın inkişaf perspektivləri əsasında verilib. Bu gün Mərdəkan qəsəbəsində Azərbaycanın, demək olar ki, bütün bankları təmsil olunub, hətta bəzi bankların bir neçə filialı var. Fikrimcə, burada kifayət qədər güclü rəqabət olacaq və bu amil bizim biznesi daha da maraqlı edir. Bankımız yeni bazarların inkişaf və xidmət keyfiyyətini əsas götürərək filial şəbəkəsinin genişlənməsi üzrə ardıcıl siyasətini davam edəcək».

Qeyd edək ki, filialda fiziki və hüquqi şəxslərə geniş çeşidli bank xidmətləri, o cümlədən hesabların açılması, depozitlərin qəbulu, istehlak kreditlərinin verilməsi, kommunal ödənişlər və digər xidmətlər təqdim olunur.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Hazırda bankın 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR