Bank Of Baku

«Citibank»: Azərbaycanda kapital bazarlarının potensialından geniş istifadə olunmur

«Citibank»: Azərbaycanda kapital bazarlarının potensialından geniş istifadə olunmur
# 04 iyun 2011 12:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ «Citibank»ının Türkiyə nümayəndəliyinin icraçı direktorunun müavini Murat Demrel bildirib.

M.Demrelin sözlərinə görə, son iki illə müqayisədə hazırda Azərbaycanda yetərincə iri layihələr mövcuddur və bu baxımdan xarici kapitalın bu layihələrdə iştirakı və ölkəyə axını daha vacib məsələlərdən hesab olunur.

M.Demrel bildirib ki, Azərbaycana investisiya yatırımı baxımından maraq göstərən xarici investorlar ilk növbədə ölkənin 2015-ci ilədək olan iqtisadi proqnozlarına diqqət yetirirlər. «Ümumiyyətlə, kapital bazarlarına investisiya yatırmaq ən gəlirli sahələrdən biri hesab olunur. Azərbaycanda isə hələ bu sahənin potensialından geniş istifadə olunmayıb», - deyə M.Demrel qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR