Bank Of Baku

Maliyyə sabitliyi ilə bağlı MDB Regional Qrupu yaradılıb

Maliyyə sabitliyi ilə bağlı MDB Regional Qrupu yaradılıb
# 04 iyun 2011 16:14 (UTC +04:00)
Bakı – APA. Maliyyə Sabitliyi üzrə Ümumdünya Şurası çərçivəsində MDB Regional Qrupu yaradılıb. Bunu bu gün Rusiya baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin MDB ölkələri Maliyyə Nazirləri Şurasının Kiyevdə keçirilən toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib: «Mahiyyətcə, bu gündən MDB Regional Qrupu fəaliyyətə başlayır».

Rusiyalı nazir qeyd edib ki, qrupa Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak rəhbərlik edəcək. Qrup maliyyə sistemi və maliyyə bazarlarının fəaliyyət mexanizmlərinin işlənib hazırlanması ilə məşğul olacaq, qurumun ilk iclasının isə bu il sentyabr ayında keçirilməsi planlaşdırılır.

A.Kudrin həmçinin bildirib ki, regional qrupa üzv olmaq bütün MDB ölkələrinə təklif ediləcək.

Qeyd edək ki, Kiyevdə keçirilən iclasda Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edib.

Xatırladaq ki, G20 ölkələrinin 2009-cu ildə keçirilmiş sammitində iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlərin iştirakı ilə Maliyyə Sabitliyi Şurasının yaradılmasına dair qərar qəbul olunub. Şuranın əsas vəzifəsi maliyyə tənzimlənməsi tədbirlərinin gücləndirilməsinə dəstək verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR