Bank Of Baku

«Dəmirbank»ın plastik kart sahibləri yeni endirimlər əldə edəcək

«Dəmirbank»ın plastik kart sahibləri yeni endirimlər əldə edəcək
# 07 iyun 2011 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin plastik kart sahibləri «Avis» mağazalar şəbəkəsində «Kart sahiblərinə endirimlər» proqramı çərçivəsində apteklərdə 5%, marketlərdə 10%, optik mağazalarda isə 15% endirim əldə edəcəklər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kart sahibləri «Avis Optik» şəbəkəsində yeni eynək alarkən 30 manat məbləğində endirimdən yararlana bilərlər. Bunun üçün yeni eynək alarkən, köhnə eynəyi mağazaya təhvil vermək lazımdır.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR