Bank Of Baku

Millət vəkili Vahid Əliyev: «Azərbaycan sığorta sahəsində xarici ölkələrdən 30 dəfə geri qalır»

Millət vəkili Vahid Əliyev: «Azərbaycan sığorta sahəsində xarici ölkələrdən 30 dəfə geri qalır»
# 08 iyun 2011 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda sığorta sektorunun inkişaf səviyyəsi xarici ölkələrlə müqayisədə 25-30 dəfə geri qalır. «APA-Economics»in məlumatına görə, bunu millət vəkili Vahid Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, Azərbaycan sığorta bazarını istənilən səviyyədə inkişaf etdirə bilmir. Sığorta bazarındakı mövcud problemlərdən biri sığorta hadisəsi zamanı sığortaçı ilə sığortalı arasında yaranan münasibətlərdir.

Millət vəkili sığorta sahəsində əsas problem kimi sığorta təşkilatları tərəfindən sığorta hadisənin qiymətləndirilməsi nəticəsində sığorta ödənişinin çox aşağı göstərilməsini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR