Bank Of Baku

Azərbaycan Astanada keçirilən VII Ümumdünya İslam İqtisadi Forumunda iştirak edir

Azərbaycan Astanada keçirilən VII Ümumdünya İslam İqtisadi Forumunda iştirak edir
# 08 iyun 2011 15:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Astanada (Qazaxıstan) VII Ümumdünya İslam İqtisadi Forumunun açılışı olub.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Qlobal iqtisadi inkişaf: Qarşılıqlı münasibətlər, rəqabət, əməkdaşlıq» devizi altında keçirilən Forumda müxtəlif ölkələrdən 2000-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində «İnvestisiya imkanları və problemləri» mövzusunda keçirilmiş xüsusi forumda İslam İnkişaf Bankına üzv olan ölkələrin nümayəndələri təqdimatlarla çıxış ediblər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Gülşən Rzayeva Azərbaycanın biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Forum bu ilin iyun ayının 9-dək davam edəcək.

Qeyd edək ki, ilk Ümumdünya İslam İqtisadi Forumu 2005-ci ildə Malayziyanın Kuala- Lumpur şəhərində təşkil olunub. İndiyədək 6 belə forum keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR