Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin işçilərini yeni icbari sığorta növü üzrə «PAŞA Həyat» şirkəti sığortalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin işçilərini yeni icbari sığorta növü üzrə «PAŞA Həyat» şirkəti sığortalayıb
# 09 iyun 2011 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tabeçiliyində olan bütün strukturların işçi heyətini «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığortalayıb. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in maliyyə məsələləri üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımovun sözlərinə görə, bu yeni icbari həyat sığortası üzrə xidmətləri Dövlət Neft Şirkətinə «PAŞA Həyat» sığorta şirkəti təqdim edir və artıq tərəflər arasında müvafiq müqavilə də imzalanıb. Bütövlükdə həmin xidmətlər ARDNŞ-in 80 min nəfərədək işçisini əhatə edir.

Xatırladaq ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu il iyul ayının 3-də qüvvəyə minib. Qanunun tələblərinə əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təsərrüfat subyektləri mütləq qaydada işçilərini bu həyat sığortası növü üzrə sığortalamalıdır. Sığorta növü diferensial tarif sistemini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR