Azərbaycan Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə bank aktivlərinin həcmi 713,46 mln. manat və ya 5,9% artıb. Eyni zamanda, 2011-ci ilin əvvəlinə nisbətən bu göstərici 4,1% azalıb, aprel ayında isə 1% artıb:
Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi mayın 1-nə 8 023,2 mln. manat (xüsusi çəkisi 62,90%), müxbir hesabları 1 158,9 mln. manat (9,10%), investisiyalar 1 225,6 mln. manat (9,6%), nağd vəsaitlər 543,2 mln. manat (4,3%), maliyyə sektoruna verilmiş kredit və depozitlər 531 mln. manat (4,2%), digər aktivlər isə 1 269,9 mln. manat (10%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 82,64%-i öhdəliklərin payına düşüb. Beləliklə, bankların öhdəliklərinin həcmi 10 538,61 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 5 449,6 mln. manat depozitlər, 4 325,1 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 764 mln. manat isə digər öhdəliklərin payına düşüb.
Bankların məcmu kapitalı 2011-ci il mayın 1-nə 2 213,2 mln. manata bərabər olub.