Bank Of Baku

İrkutskda MDB ölkələrinin gömrük xidməti rəhbərləri Şurasının iclası keçirilir

İrkutskda MDB ölkələrinin gömrük xidməti rəhbərləri Şurasının iclası keçirilir
# 09 iyun 2011 11:08 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bu gün Rusiyanın İrkutsk şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil ölkələrin gömrük xidməti rəhbərləri Şurasının iclası başlayıb.

APA-nın MDB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın da təmsil olunduğu toplantıda gömrük idarələri arasında informasiya mübadiləsi, yüksək ixtisaslı kadrların hazırlanması, habelə gömrük tranzitinə nəzarət üzrə vahid informasiya şəbəkəsinin yaradılması kimi məsələlər müzakirə olunacaq.

İclasın sonunda tez sıradan çıxan məhsul dövriyyəsinin təşkilinə dair sazişin, habelə gömrük statistikası haqda protokolun imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR