Bank Of Baku

Milli Məclisdə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı plenar dinləmələr keçirilib

Milli Məclisdə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı plenar dinləmələr keçirilib
# 09 iyun 2011 14:20 (UTC +04:00)
Bakı - APA-Economics. Milli Məclisin İqtisadi siyasət komitəsi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı plenar dinləmələr keçirib.

AQC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Z.Səmədzadə, komitənin üzvləri X.Kazımlı, Ə.Məsimli, IFC-nin ölkə üzrə rəhbəri V.Mints, SECO-nun ölkə üzrə koordinatoru N.Səfərova, AQC-nin sədri İ.Quliyev, Tarif Şurasının katibi E.Əsədov və digər şəxslər iştirak edib.

Plenar dinləmədə qiymətləndirmə fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsi, ölkədə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, qiymətləndiricilərin peşə etikasının və kvafilikasiyasının artırılması ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna baxılıb və həmin qanuna əlavə düzəlişlərin edilməsinin zəruri olduğu yekdilliklə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR