Bank Of Baku

Azərbaycanın maliyyə naziri USAID-in ölkə üzrə missiyasının yeni rəhbərini qəbul edib

Azərbaycanın maliyyə naziri USAID-in ölkə üzrə missiyasının yeni rəhbərini qəbul edib
# 10 iyun 2011 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni təyin olunmuş direktoru Maykl Qrini qəbul edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə USAID ilə Azərbaycan arasında hazırkı əlaqələr, o cümlədən gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

USAID-in fəaliyyət planları haqqında danışan M.Qrin bildirib ki, bu ilin sonunda rəhbərlik etdiyi missiya tərəfindən «Regional sosial-iqtisadi inkişafa dəstək layihəsi»nə başlanılacaq, səhiyyə sistemində isə yeni layihənin həyata keçirilməsi təklif olunur.

USAID ilə Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi layihələrin qənaətbəxş şəkildə həyata keçirildiyini qeyd edən maliyyə naziri S.Şərifov qeyd edib ki, bu, gələcək əməkdaşlıq üçün münbit zəmin yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR