Bank Of Baku

MDB ölkələrinin gömrük xidməti rəhbərləri Şurasının İrkutskda keçirilən iclası başa çatıb

MDB ölkələrinin gömrük xidməti rəhbərləri Şurasının İrkutskda keçirilən iclası başa çatıb
# 10 iyun 2011 08:58 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Rusiyanın İrkutsk şəhərində Müstəqil Dövlətlər Birliyinə daxil ölkələrin gömrük xidməti rəhbərləri şurasının iclası başa çatıb.

APA-nın MDB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi toplantıda gömrük idarələri arasında informasiya mübadiləsi, gömrük tranzitinə nəzarət üzrə müştərək informasiya şəbəkəsinin yaradılması və digər məsələlər müzakirə edilib.

İclasın yekununa əsasən, post-nəzarətin icrası zamanı gömrük xidmətlərinin qarşılıqlı fəaliyyətinə dair protokol təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR