Bank Of Baku

Aprel ayında ABŞ-ın ticarət kəsiri 4,5 mlrd. dollar azalıb

Aprel ayında ABŞ-ın ticarət kəsiri 4,5 mlrd. dollar azalıb
# 10 iyun 2011 09:00 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin aprel ayında ABŞ-ın ticarət balansının mənfi saldosu mart ayı ilə müqayisədə azalaraq, 48,2 mlrd. dollardan 43,7 mlrd. dollara enib. “APA-Economics”in xəbərinə görə, bu göstərici analitiklərin proqnozundan (49 mlrd. dollar) daha yaxşı olub.

Apreldə ixracın həcmi 2,2 mlrd. dollar artaraq 173,4 mlrd. dollara yüksəlib. İdxalın həcmi isə martla müqayisədə 1 mlrd. dollar azalaraq 220,1 mlrd. dollara düşüb.

Hesabat dövründə ABŞ-ın sənaye materiallarının və istehlak mallarının ixracı artıb, avtomobil və qida məhsullarının idxalı isə azalıb.

ABŞ-ın Çinlə ticarətində kəsir 18,1 mlrd. dollardan 21,6 mlrd. dollara yüksəlib. Əvəzində OPEK ölkələri, Avropa İttifaqı və Yaponiya ilə ticarət kəsiri azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR