Bank Of Baku

«Bakı Sığorta» nizamnamə kapitalını artırır

«Bakı Sığorta» nizamnamə kapitalını artırır
# 10 iyun 2011 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bakı Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 643 manat, sayı 8 485 ədəd, emissiyanın ümumi həcmi isə 5 519 512 manat təşkil edir. Emissiya «Bakı Sığorta»nın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 510 manat olan 8 584 ədəd – 4 377 840 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 26,1% artaraq 5 519 512 manata çatacaq.

Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 4 377 840 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR