Bank Of Baku

«DəmirBank» plastik kart sahiblərinə yeni endirimlər təqdim edir

«DəmirBank» plastik kart sahiblərinə yeni endirimlər təqdim edir
# 10 iyun 2011 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin plastik kart sahibləri Bakı Əyləncə Mərkəzi və Bakı Delfinariyasında «Kart sahiblərinə endirimlər» proqramı çərçivəsində endirimlər əldə ediblər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kart sahibləri Bakı Əyləncə Mərkəzində olan bütün xidmətlər üzrə (restoran-bar, sağlamlıq mərkəzi, fitnes və s.) 10%-lik endirimdən yararlana bilərlər.

Boulinq zalında iyunun 1-dən sentyabrın 1-dək 30%-lik endirim, qalan aylarda isə 10% endirim təqdim edilir. «Eliza» və «Lido» zallarında banket, ad günü, nişan, toy, korporativ tədbir keçirmək istəyən «DəmirBank» müştəriləri 25% səviyyəsində endirim əldə edirlər.

«DəmirBank»ın plastik kart sahiblərinə Bakı Delfinariyasına giriş haqqı üçün 10%, delfinlərlə üzmək və digər prosedurlar üçün isə 15% endirim təklif olunur.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 30 müxtəlif xidmət və ticarət şirkətləri «DəmirBank»ın «Kart sahiblərinə endirimlər» layihəsinin iştirakçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR