Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmə artır

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmə artır
# 10 iyun 2011 12:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən yenidən maliyyələşdirmə əməliyyatları üzrə portfelin ümumi həcmi 2011-ci il mayın 1-nə 1 947,8 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, son bir ildə kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin portfeli 609,4 mln. manat və ya 45,5% artıb. Bu ilin yanvar-aprel aylarında artım 86 mln. manat və ya 4,6% olub.

«Ekonomist» jurnalının ekspertləri bildiriblər ki, Azərbaycan bank sistemindən Mərkəzi Bankdan kreditlərin alınması prosesi davam etdirir, halbuki hazırda bank sistemində ifrat likvidlik problemi mövcuddur: «Lakin ehtimal etmək olar ki, bu amil heç də bütün banklara aid deyil və bir sıra banklar müxtəlif məqsəd və ehtiyacları üçün AMB-dən kreditlər alır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR