Bank Of Baku

Xəyal Abdinov: «Azərbaycanda fond birja indeksləri dövriyyə artandan sonra yaradıla bilər»

Xəyal Abdinov: «Azərbaycanda fond birja indeksləri dövriyyə artandan sonra yaradıla bilər»
# 14 sentyabr 2011 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fond birja indekslərinin yaradılması üçün bazardakı əməliyyatların dövriyyəsi artmalıdır. «APA-Economics»in məlumatına görə, bunu Bakı Fond Birjasının prezidenti Xəyal Abdinov bəyan edib.

Onun sözlərinə görə, fond bazarı canlanmalıdır və bazar dövriyyəsi 2009-cu ilin səviyyəsinə, yəni təxminən 9-10 mlrd. manata qədər artmalıdır.

Qeyd edək ki, 2011-ci ilin ilk yarısında fond birjasının dövriyyəsi 3,75 mlrd. manata bərabər olub və bunun 3,4 mlrd. manatı və ya 91%-i dövlət qiymətli kağızlarının payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR