Bank Of Baku

İlqar Muradov: «Azərbaycanda investisiya fondlarının yaradılmasına maraq çox böyükdür»

İlqar Muradov: «Azərbaycanda investisiya fondlarının yaradılmasına maraq çox böyükdür»
# 14 sentyabr 2011 10:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın zamanlarda müraciətlər əsasında Azərbaycanda investisiya fondlarının formalaşmasına başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov bəyan edib.

İ.Muradov bildirib ki, hazırda ölkədə investisiya fondlarının yaradılmasına maraq çox böyükdür. O cümlədən, dünyada məşhur olan bir sıra iri maliyyə qurumlarından müvafiq müraciətlər daxil olub. İ.Muradovun sözlərinə görə, investisiya fondlarının yaradılması və fəaliyyəti üçün Azərbaycanda zəruri qanunvericilik bazası artıq tam formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR