Hesabat dövründə cari əməliyyatlar hesabında 10,2 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 13,7 mlrd. dollar məbləğində olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 3,5 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
2010-cu il, 6 ay | 2011-ci il, 6 ay | |
I.Cari əməliyyatlar | ||
Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 22,8 mlrd. dollar təşkil edib və göründüyü kimi, xarici ticarət balansı 13,7 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın dünyanın 138-dək dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 13,2%-i MDB ölkələri, 86,8%-i isə digər xarici dövlətlərin payına düşür.
Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 18,3 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 95,5% olub. Xarici dövlətlərə 16,7 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 848,1 mln. dolları neft emalı məhsulları, 15,9 mlrd. dolları isə xam neftin payına düşür. İxrac olunmuş xam neftin 14,9 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 914,3 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 51,4 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensat, 862,9 mln. dolları isə ARDNŞ-nin payına düşür.
Qeyd edək ki, 2011-ci ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft ixracı 11,9% artaraq 786,0 mln. dollar təşkil edib.
(mln. dollar)
İxracın strukturu | ||
| 2010-cu il, 6 ay | 2011-ci il, 6 ay |
Yanacaq-xammal məhsulları | 12 627,4 | 17 766,4 |
- neft-qaz məhsulları | 12 489,4 | 17 465,6 |
-digər xammal | 138,0 | 300,8 |
Maşın və avadanlıq | 223,7 | 86,8 |
İstehlak malları | 332,7 | 371,9 |
Digər mallar | 8,2 | 26,5 |
İxrac cəmi | 13 192,0 | 18 251,6 |
Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 4,6 mlrd. dollar təşkil edib. İstehlak malların idxalının ümumi dəyəri 1 746,8 mln. dollar olub ki, bunun da 622,0 mln. dolları ərzaq məhsullarının payına düşür:
(mln. dollar)
İdxalın strukturu | ||
| 2010-cu il, 6 ay | 2011-ci il, 6 ay |
İstehlak malları | 1 306,8 | 1 746,8 |
- ərzaq məhsulları | 485,7 | 622,0 |
- qeyri-ərzaq məhsulları | 821,1 | 1 124,8 |
İnvestisiya yönümlü mallar | 296,8 | 368,4 |
Digər mallar | 1 352,1 | 2 458,5 |
İdxal cəmi | 2 955,7 | 4 573,7 |
Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 8,1% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqlar, bunun 88,3%-ni isə beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edib. Bundan başqa, ölkəyə ümumi məbləği 2 458,5 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.