Bank Of Baku

«PAŞA Həyat» sığorta şirkəti «Azərikimya» İstehsalat Birliyində apardığı auditin nəticələrini açıqlayıb

«PAŞA Həyat» sığorta şirkəti «Azərikimya» İstehsalat Birliyində apardığı auditin nəticələrini açıqlayıb
# 16 sentyabr 2011 11:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyində (İB) tabeçilikdə olan müəssisələr ilə «PAŞA Həyat Sığorta» şirkəti arasında 2011-ci il mart ayında imzalan¬mış sığorta müqavilələri çərçivəsində «Sağ¬¬lam¬lıq, əməyin mühafizəsi və təhlükəsizliyi» mövzusunda aparılmış auditin nəticə¬lərinin təqdimatı və müzakirəsi keçirilib.

«PAŞA Həyat Sığorta» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə kimya müəssisə¬lərində təhlükə risklərinin azaldılması məq¬sədilə «Azərikimya» mütəxəssislərinin iştirakı ilə keçirilmiş auditlərin nəticələri olaraq slayd və video-çəkilişlər nümayiş etdirilib, tərəflər ara¬sında qarşılıqlı anlaşma şəraitində müvafiq müzakirələr aparıl¬ıb.

Qeyd edək ki, tədbirdə «Azərikimya» İB üçün mühüm bir mərhələ – Etilen-Polietilen Zavodunun əsaslı təmiri ərə¬fəsində keçirilən tədbirin praktik əhəmiyyət daşıdığı qeyd olunub və gələcəkdə də vaxtaşırı olaraq auditlərin keçirilməsi və onların nəticələrinin birgə müzakirəsi məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, «PAŞA Həyat Sığorta» şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevral ayında verilib. Cari il sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR