Bank Of Baku

«Expressbank» nizamnamə kapitalını 31% artırıb

«Expressbank» nizamnamə kapitalını 31% artırıb
# 19 sentyabr 2011 14:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC 2011-ci ilin iyul-avqust ayları ərzində nizamnamə kapitalını 15 671,3 min manat və ya 30,7% artırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması bankın 2010-cu ildə 5 671,3 min manat həcmində əldə etdiyi mənfəət, həmçinin dövlət qeydiyyatına alınmış hər bir səhmin nominal dəyəri 231,31 manat olan 10 mln. manat dəyərində 43 266 səhmin yerləşdirilməsi hesabına baş verib.

Hazırda bankın nizamnamə kapitalı 66 671,7 min manat, məcmu kapitalı isə 74 085 min manat təşkil edir.

Bu günə bankın Bakı şəhəri üzrə 2, regionlarda isə 6 filialı fəaliyyət göstərir. İlin sonuna qədər Bakı şəhərində daha 3 filial və bir şöbənin fəaliyyətə başlaması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR