Bank Of Baku

Yunanıstan hökuməti: Avrozonadan çıxmırıq

Yunanıstan hökuməti: Avrozonadan çıxmırıq
# 20 sentyabr 2011 12:30 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan hökuməti ölkənin avrozonadan çıxması barədə məsələni referenduma çıxarmaq niyyətində deyil. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu açıqlama ilə hökumətin mətbuat xidmətinin əməkdaşı Angelos Tolkas çıxış edib.

Onun sözlərinə görə, Yunanıstan mətbuatının referendum barədə yazdıqları həqiqəti əks etdirmir: “Hökumət valyuta məsələsini deyil, siyasi islahatlarla bağlı məsələni referenduma çıxarmaq niyyətindədir”.

Qeyd edək ki, Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR