Bank Of Baku

«Unibank» son bir ildə istehlak kreditləşməsini 20% artırıb

«Unibank» son bir ildə istehlak kreditləşməsini 20% artırıb
# 20 sentyabr 2011 14:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC istehlak kreditləşməsinin həcmini son bir ildə 20% artıraraq 2011-ci il sentyabr ayının 1-nə bu seqment üzrə kredit portfelini 168,3 mln. manata çatdırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Bank tərəfindən yeni verilən istehlak kreditlərinin sayı 25 mini keçib, borcalanların sayı isə ilk dəfə 24 min nəfərə çatıb.

Bu iki göstərici ötən ilin sentyabrına nisbətən müvafiq olaraq 83% və 84% artıb. «AL Kredit» məhsulu çərçivəsində nağd vəsaitlərlə kreditləşmənin dinamikası xüsusilə diqqət cəlb edir. Belə ki, bu növ kreditlərin həcmi son bir il ərzində 38 dəfə artıb. Əhalinin aktiv tələbatı sayəsində fiziki şəxslərə Bank tərəfindən hər gün istehlak krediti şəklində 1 mln. dollara yaxın vəsait ayrılır.

Qeyd edək ki, standart təklif çərçivəsində kreditin maksimal məbləği bu gün 4 min manat təşkil edir. Nağd şəkildə kreditlər Bank tərəfindən 12 ay müddətinə verilir. Nağd kreditlər üzrə effektiv faiz dərəcəsi illik 15,5%-dən başlayır. Kreditin məbləği 1 500 manatdan artıq deyilsə Bakı və Sumqayıtda olan müştərilər üçün zamin tələb olunmur. Digər regionlarda müştərilər zaminsiz nağd krediti 1 000 manat məbləğində əldə edə bilərlər.

Xatırladaq ki, sentyabr ayının 1-nə olan məlumata görə, Bankın aktivləri 390 mln. manat, məcmu kapitalı 66,5 mln. manat təşkil edib. Bankın məcmu kredit portfeli isə 284,5 mln. manat olub. «Unibank» 24 filial və xidmət bölmələri vasitəsilə Bakı, Sumqayıt şəhərlərində və ölkənin yeddi regionunda 160 min müştəriyə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR