Bank Of Baku

«Era Trans» sığorta şirkəti xidmət çeşidini genişləndirir

«Era Trans» sığorta şirkəti xidmət çeşidini genişləndirir
# 21 sentyabr 2011 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Era Trans» sığorta şirkəti növbəti ildən yeni icbari sığorta növləri üzrə xidmətlərə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini İmran Abdullayev bildirib.

İ.Abdullayevin sözlərinə görə, sərnişinlərin icbari sığortası növü istisna olmaqla, yeni qəbul olunmuş icbari sığorta növlərindən digərləri - «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlak istismarçısının mülki məsuliyyətinin icbari sığortası» növləri tətbiq olunacaq.

İ.Abdullayev tələbatı nəzərə alaraq şirkətin könüllü sığorta növlərində də təkmilləşdirmələr aparılacağını bildirib. Belə ki, 2012-ci ildən «Avtomobillərin kompleks sığortası» və «Səyahət sığortası» növlərinə ciddi dəyişiklər ediləcək.

Qeyd edək ki, «Era Trans» sığorta şirkəti müştərilərə 28 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.

Xatırladaq ki, «EraTrans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Cari il sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4,308 mln. manat təşkil edib. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR