Bank Of Baku

“Paşa Bank”ı “Sibos 2011” beynəlxalq bankçılıq sərgisində iştirak edir

“Paşa Bank”ı “Sibos 2011” beynəlxalq bankçılıq sərgisində iştirak edir
# 21 sentyabr 2011 23:47 (UTC +04:00)
Bakı-APA. 19-23 sentyabr 2011-ci il tarixlərində Kanadanın Toronto şəhərində “Sibos 2011” beynəlxalq bankçılıq sərgisi keçirilir. Tədbirdə Azərbaycanı sərgi stendi ilə təmsil edən yeganə bank “Paşa Bank”dır. Qeyd olunan sərgidə “Paşa Bank”ın idarə heyətinin sədri Fərid Axundovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Bu barədə APA-ya Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən məlumat verilib.

Sentyabrın 20-də “Paşa Bank” tərəfindən sərginin iştirakçılarına rəsmi ziyafət verilib. Ziyafətdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev iştirak edib.

Eyni zamanda, “Sibos 2011” sərgisində “Azərbaycan Beynəlxalq Bankı”nın və “Xalq Bankı”nın nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, beynəlxalq maliyyə aləmində nüfuza malik sözügedən sərgidə regionumuzdan yalnız Azərbaycan və Rusiya bankları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR