Bank Of Baku

Azərbaycanın neft-qaz sektoruna xarici investisiyalar artıb

Azərbaycanın neft-qaz sektoruna xarici investisiyalar artıb
# 22 sentyabr 2011 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan birbaşa investisiyalar üzrə saldo 2011-ci ilin yanvar-iyun ayları üzrə müsbət 498,4 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 2 014,1 mln. dollara, xaricə yönəldilən investisiyalar isə 1 515,7 mln. dollara bərabər olub.

Eyni zamanda, neft-qaz sektoru üzrə birbaşa investisiyalar üzrə də müsbət saldo yaranıb. Belə ki, 2011-ci ilin 6 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 1 583,4 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəltdiyi birbaşa investisiyalar isə 1 408,8 mlrd. dollar təşkil edib. Nəticədə, 174,6 mln. dollar həcmində müsbət saldo yaranıb.

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarının yekunlarına nisbətən Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 34,8%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəltdiyi birbaşa investisiyalar isə 16,4% artıb. Ötən ilin 6 ayında üzrə neft-qaz sektoru üzrə 35,2 mln. manat həcmində mənfi saldo müşahidə olunub.

Azərbaycanın xarici ölkələrin neft-qaz sektoruna birbaşa investisiyalarının bu dərəcədə yüksək olması əsasən Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna və Rumıniyanın yanacaq-energetika və neft-kimya sahələrində iştirakının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR