Bank Of Baku

«Turan Bank»ın aktivləri son bir ildə 21% artıb

«Turan Bank»ın aktivləri son bir ildə 21% artıb
# 22 sentyabr 2011 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Turan Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il sentyabr ayının 1-nə 157,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 21% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,1% artaraq 119,1 mln. manat, depozit portfeli isə 64,8 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətlərin həcmi 31,7% artaraq 41 mln. manata çatıb.

Bankın məcmu kapitalı 18,6% artaraq 25,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,9% artaraq 22 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bankın gəlirləri 12,2 mln. manat, xərcləri isə 9,5 mln. manat təşkil edib. Nəticədə bankın balans mənfəəti 13,5% artaraq 2,8 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «Turan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari il sentyabr ayının 1-nə bankın 11 filialı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR