Bank Of Baku

«DəmirBank» Azərbaycanda ilk dəfə müştərilərə türk lirəsi ilə plastik kartlar təqdim edir

«DəmirBank» Azərbaycanda ilk dəfə müştərilərə türk lirəsi ilə plastik kartlar təqdim edir
# 22 sentyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ölkədə ilk dəfə olaraq müştərilərə Türkiyə valyutasında (Türk lirəsi - TRY) «VISA» plastik kartları təqdim etməyə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, müştərilərə Türkiyədə lirədə olan kartla əməliyyatlar aparmağa imkan yaradır.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, çoxlu sayda insanların Türkiyəyə mütəmadi səfərlərini nəzərə alaraq müştərilərə türk lirəsində plastik kartlar təqdim etməyə başladıq.

Xatırladaq ki, «DəmirBank» ASC (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR