Bank Of Baku

Azərbaycan Zaqrebdə keçirilən beynəlxalq investisiya konfransında iştirak edir

Azərbaycan Zaqrebdə keçirilən beynəlxalq investisiya konfransında iştirak edir
# 22 sentyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Zaqrebdə (Xorvatiya) «Birbaşa xarici sərmayələr və hüquqi tənzimləmə: tendensiyalar və siyasi istiqamətlər» mövzusunda beynəlxalq konfrans və seminar keçirilir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Nazirliyin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edir.

Seminar iştirakçıları xarici sərmayələr və onların hüquqi tənzimləmə mexanizmləri, eləcə də «Keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatı üçün beynəlxalq sərmayə sazişlərinə dair danışıqların təhlili və hüquqi aspektlərin araşdırılması məsələləri» ətrafında müzakirələr aparır.

Qeyd edək ki, sentyabrın 23-dək davam edəcək seminarın təşkilatçıları qismində Xorvatiya İqtisadiyyat, Əmək və Sahibkarlıq Nazirliyi, BMT-nin Ticarət və İnkişaf Konfransı və Almaniyanın Kiel Universiteti çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR