Bank Of Baku

Bu gün Fransa-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bu gün Fransa-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 23 sentyabr 2011 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Parisdə Fransa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək.

«APA-Economics»in məlumatına görə, hökumətlərarası komissiyaya Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, Fransa tərəfindən isə dövlət naziri Pyer Lelluş həmsədrlik edirlər.

Bundan başqa, Azərbaycanın nümayəndə heyətinin sentyabrın 25-dək davam edəcək səfəri çərçivəsində Fransa-Azərbaycan biznes-forumu da keçiriləcək. Forum çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR