Bank Of Baku

«MilliKart» Prosessinq Mərkəzi «SMS Banking» sisteminə qoşulub

«MilliKart» Prosessinq Mərkəzi «SMS Banking» sisteminə qoşulub
# 23 sentyabr 2011 09:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda plastik kart sahibləri «SMS Banking» xidmətini artıq «MilliKart» Prosessinq Mərkəzinin sisteminə aid olan bankomatlarından aktivləşdirə biləcəklər.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, bu yeni xidmət vasitəsilə kart sahibləri «SMS Banking» xidmətini bankomatlarda 1 aydan 12 ayadək aktivləşdirmək imkanı əldə edirlər. «SMS Banking» xidmətini aktivləşdirmək üçün kart sahibi öz mobil telefon nömrəsini ATM-in ekranında yığmalıdır. Hesabda hər hansı bir dəyişiklik (ATM, POS-terminalda və digər vasitələrdə əməliyyatlar aparılarkən, habelə hesaba pul vəsaiti daxil edildikdə) baş verdikdə sistem tərəfindən kart sahibinin mobil nömrəsinə avtomatik olaraq məlumat göndərilir. Kart sahibləri mobil telefonlar vasitəsi ilə «MilliKart»ın sisteminə müvafiq SMS mesajlar (sorğular) göndərir və bu sorğulara cavab olaraq kart hesabının balansı, kartın statusu, aparılan əməliyyatlar üzrə qısa çıxarış məlumatlarını alır, həmçinin sahib olduğu kartların blokdan çıxarılması və bloka salınması imkanı əldə edirlər. Bu xidmətin aktivasiyası kart sahiblərinə öz kart hesablarını SMS mesajlar vasitəsi ilə günün 24 saatı həftənin 7 günü ərzində idarə etməsinə imkan verir.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda Mərkəz tərəfindən 13 banka xidmət göstərilir. Həmin banklar tərəfindən 170 mindən artıq ödəniş kartı emissiya edilib, 290-dan artıq bankomat və 1200-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR