Bank Of Baku

«PAŞA Həyat Sığorta» şirkəti yeni icbari sığorta növü üzrə 200 minə yaxın işçini sığortalayıb

«PAŞA Həyat Sığorta» şirkəti yeni icbari sığorta növü üzrə 200 minə yaxın işçini sığortalayıb
# 23 sentyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkətinin 2011-ci ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 6,848 mln. manat, sığorta ödənişləri isə 86,253 min manat təşkil edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, sığorta haqlarının strukturunda 6,678 mln. manat «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası», 169 min manat isə «Həyatın ölüm halından sığortası» növünün payına düşüb. Bu sığorta növlərinin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 97,5% və 2,5% təşkil edib.

M.Rüstəmov bildirib ki, bu ilin 8 ayında şirkətin sığorta hadisələri üzrə ödədiyi vəsaitin bütövlüklə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növünün (86,253 min manat) payına düşüb.

M.Rüstəmovun sözlərinə görə, şirkət indiyədək «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə 370-ə yaxın sığorta müqaviləsi bağlayıb. Bu müqavilələr üzrə 200 minə yaxın işçi «PAŞA Həyat Sığorta» tərəfindən sığortalanıb.

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» sığorta şirkəti 2010-cu il noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevral ayında verilib. Cari il sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR