Bank Of Baku

İran-Azərbaycan Ticarət Palatası təsis ediləcək

İran-Azərbaycan Ticarət Palatası təsis ediləcək
# 12 oktyabr 2011 10:49 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Yaxın zamanlarda İran-Azərbaycan müştərək Ticarət Palatası təsis ediləcək.

APA-Economics”in “Fars” xəbər agentliyinə istinadən xəbərinə görə, bunu Ərdəbil Ticarət Palatasının rəhbəri Hüseyn Pir-Moazzen bildirib.

Onun sözlərinə görə, palata Bakıda təsis ediləcək və İran-Azərbaycan iqtisadi münasibətlərinin inkişafına təkan verəcək.

“Palatanın təsis fəaliyyətə başlaması istiqamətində danışıqlar artıq başa çatıb. Palata rəsmi olaraq İran Ticarət və Sənaye Palatasının rəhbəri Məhəmməd Nəhavandian tərəfindən açılacaq və yaxın zamanlarda öz fəaliyyətinə start verəcək”, - deyə Ərdəbil Ticarət Palatasının rəhbəri qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR