Bank Of Baku

Azərbaycan sənaye və tikinti xərclərini 20% artırır

Azərbaycan sənaye və tikinti xərclərini 20% artırır
# 19 oktyabr 2011 13:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi “Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri”nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, bu bölmə üzrə dövlət sifarişi əsasında maliyyələşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) vəsaitlər nəzərdə tutulur.

Növbəti il üçün dövlət büdcəsinin layihəsi tərtib edilərkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə Xərclər 2011-ci il səviyyəsində, yəni 3 mln. manat məbləğində proqnozlaşdırılıb.

Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərlərinin təhlükəsizliyini təmin edilməsi məqsədilə Ağstafa və Samux rayonlarından keçən müvafiq sahələrin hərbi sursat qalıqlarından təmizlənməsi üçün 778,8 min manat məbləğində əlavə vəsait nəzərə alınmaqla ANAMA-ya 2012-ci il üçün 8,2 mln. manat vəsait nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə geoloji kəşfiyyat işlərinin aparılmasına və faydalı qazıntıların aşkarlanmasına 6,5 mln. manat və digər tədbirlərin maliyyə təminatı üçün 2,3 mln. manat vəsait proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR