Bank Of Baku

Azərbaycanda iqtisadi artım 0,5% təşkil edib

Azərbaycanda iqtisadi artım 0,5% təşkil edib
# 19 oktyabr 2011 13:54 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə hər nəfərə ÜDM istehsalı 3 827,2 manat (4 840,3 ABŞ dolları) təşkil edib.

Bu dövrdə sənaye sahələrində 18,3 mlrd. manatlıq, yaxud ÜDM-in 52,8%-i qədər, kənd təsərrüfatında 2,3 mlrd. manatlıq (6,6%), tikinti kompleksində 2,6 mlrd. manatlıq (7,5%), nəqliyyatda 2 mlrd. manatlıq (5,7%), ticarət və pullu xidmətdə 2,9 mlrd. manatlıq (8,5%), rabitədə 599,4 mln. manatlıq (1,7%), digər sahələrdə 3,8 mlrd. manatlıq və ya ÜDM-in 11%-i qədər əlavə dəyər yaradılıb. ÜDM-in 6,2%-ni, yaxud 2,2 mlrd. manatını subsidiyalar istisna olmaqla məhsula və idxala xalis vergilər təşkil edib.

Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində 17,416 mlrd. manatı və ya ÜDM-in 50,4%-i neft, 17,167 mlrd. manatı v ya 49,6%-i qeyri-neft sektorun payına düşür. ÜDM istehsalı qeyri-neft sektorunda 8,2% artıb, neft sektorunda isə 7% azalıb.

Xatırladaq ki, Dünya Bankı 2011-ci il ərzində Azərbaycanda iqtisadi artım tempinin 4,2%, 2012-ci ildə - 4,1%, Avropa Yenidənqurma və İnkişaf Bankı hər iki il üçün 3%, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə - 2,8%, 2012-ci ildə - 2,5%, Asiya İnkişaf Bankı hər iki il üçün 5,8%, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2011-ci ildə - 3,5%, 2012-ci ildə - 4,1%, Azərbaycan hökuməti isə 2011-ci ildə - 0,9%, 2012-ci ildə isə 5,7% təşkil edəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR