Bank Of Baku

Şamaxıda vergi sahəsində maarifləndirmə və təbliğata həsr olunmuş tədbir keçirilir

Şamaxıda vergi sahəsində maarifləndirmə və təbliğata həsr olunmuş tədbir keçirilir
# 19 oktyabr 2011 15:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu gün Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Vergi ödəyicilərinə göstərilən xidmətlər - məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması” layihəsinin təqdimatına həsr olunmuş tədbir başlayıb.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Vergilər Nazirliyi, sahibkarların, ictimai təşkilatların, o cümlədən Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, TUSIAB, Banklar Assosiasiyası, ATIB, Qadın Sahibkarlar Assosiasiyası, Azad İstehlakçılar Birliyi, Tacirlər və İstehsalçılar Birliyi, Sığortaçılar Assosiasiyalarının və digər ictimai təşkilatların nümayəndələri, vergi ödəyiciləri və KİV nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək tədbir zamanı “Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması və vergi xidmətinin ünvanlığının təmin olunması” layihəsi təqdim ediləcək, nəzarət-kassa aparatlarının və POS-terminalların təşviqi ilə bağlı müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR