Bank Of Baku

«Texnikabank» depozit portfelini 26% genişləndirib

«Texnikabank» depozit portfelini 26% genişləndirib
# 20 oktyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin oktyabr ayının 1-nə 587,850 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 24,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,3% artaraq 412,245 mln. manat, o cümlədən istehlak kreditləri 9,5% artaraq 34,623 mln. manata, depozit portfeli 26,3% genişlənərək 276,743 mln. manat, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi isə 206,157 mln. manat təşkil edib.

Bununla yanaşı, bankın məcmu kapitalı 61% artaraq 102,699 mln. manat, o cümlədən nizamnamə kapitalı 21% artaraq 64,755 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 3,9% azalaraq 44,604 mln. manat, xərcləri isə 0,4% artaraq 38,375 mln. manat olub. Nəticədə bankın əldə etdiyi mənfəətin həcmi 6,289 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR