Bank Of Baku

Şamaxıda vergi ödəyicilərinə göstərilən xidmətlər, məlumatlandırma və maarifləndirmə mövzusunda layihənin təqdimatı keçirilib - FOTO

Şamaxıda vergi ödəyicilərinə göstərilən xidmətlər, məlumatlandırma və maarifləndirmə mövzusunda layihənin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 20 oktyabr 2011 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Oktyabrın 19-20-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində sahibkarların ictimai təşkilatlarının nümayəndələri üçün «Vergi ödəyicilərinə göstərilən xidmətlər-məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması» layihəsinin təqdimatı olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə vergi ödəyicilərini təmsil edən sahibkarların ictimai təşkilatlarının, o cümlədən, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, TUSIAB, Banklar Assosiasiyası, ATIB, Qadın Sahibkarlar Assosiasiyası, Azad İstehlakçılar Birliyi, Tacirlər və İstehlakçılar Birliyi, Sığortaçılar Assosiasiyalarının və digər ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Layihəni ictimaiyyətin nümayəndələrinə təqdim edən vergilər nazirinin beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə müşaviri Ələkbər Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi vergi mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, həmçinin vergi sistemində innovativ islahatların aparılması məqsədilə tədbirlər həyata keçirir. Təqdim olunan layihə məhz vergi siyasətinin təbliğində və vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətin ünvanlı olmasının təmin edilməsində sahibkarların ictimai təşkilatlarının rolunun artırılmasını nəzərdə tutur.

Sahibkarların və istehlakçıların ictimai təşkilatlarının nümayəndələri təqdim olunan mövzular ətrafında müzakirələrdə çıxış edərək təkliflərini bildiriblər.

Sonda tədbirdə iştirak edən bütün sahibkarlar adından vergilər naziri Fazil Məmmədova müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR