Bank Of Baku

Azərbaycanda investisiyaların həcmi artıb

Azərbaycanda investisiyaların həcmi artıb
# 20 oktyabr 2011 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk doqquz ay ərzində bütün maliyyə mənbələrindən Azərbaycanın tikinti kompleksinə 7,6 mlrd. manat məbləğində vəsait yönəldilib və onun 5,8 mlrd. manatını və ya 76,6%-ni daxili investisiyalar, 1,8 mlrd. manatını xarici investisiyalar təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 21,9%, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 11,1% artıb.

İlin əvvəlindən ümumi sahəsi 1 351,2 min kvadrat metr yaşayış evləri, 3 424 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 65 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 99 çarpayılıq xəstəxana, 100 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində “Dərnəgül” metro stansiyası, Müalicə-Diaqnostika Mərkəzi, “Kempinski Badamdar” hotel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZDMF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində “Çinar Hotel” kompleksi və “Qaşaltı” sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, Süd məhsulları kombinatı və Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda Müalicə-Diaqnostika Mərkəzi, Qobustan rayonunda Eksperimental Poliqon və Tədris Mərkəzi, Quba rayonunda Şahmat məktəbi, Xaçmaz rayonunda Kondensator zavodu və Şahmat məktəbi, digər istehsal və xidmət obyektləri istifadəyə verilib.

«Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 6 052,1 mln. manat vəsaitin 2 645,8 mln. manatından istifadə olunub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR