Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi 40% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 40% artıb
# 20 oktyabr 2011 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan iqtisadiyyatına ötən ilin eyni dövrünə nisbətən 19,2% çox və ya 9,5 mlrd. manat məbləğində kredit yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 6,4 mlrd. manatı uzun müddətə, 3,1 mln. manatı isə qısa müddətə verilib. Kreditlərin 6,2-nin və ya 592,5 mln. manatının ödəmə vaxtı keçib.

Ötən ilin analoji dövrü ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 1,6%, qısamüddətli kreditlərin həcmi 24%, ödəmə vaxtı kreditlərin həcmi isə 40% artıb.

Qeyd edək ki, sentyabr ayında manatın 1 ABŞ dollarına məzənnəsi 0,79 manat, 1 avroya 1,09 manat, 100 Rusiya rubluna 2,58 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,79 manat, 1,11 manat və 2,75 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR