Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyinə edilən şikayətlərin sayı azalıb

Azərbaycan Vergilər Nazirliyinə edilən şikayətlərin sayı azalıb
# 21 oktyabr 2011 07:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu ilin ilk 9 ayı ərzində vergi orqanlarına 38 743 müraciət daxil olub.

Vergilər Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, daxil olmuş müraciətlərdən 97,3%-i ərizə, 2,6%-i şikayət olub, 631 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Müraciətlərin 43,6%-i müxtəlif arayışların alınması, 13,4%-i vergi borcları, 18,7%-i kameral vergi yoxlamaları, 3%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri, 2%-i vergidən yayınma, 0,7%-i korrupsiya ilə əlaqədar hüquqpozmalar, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərin 78,1%-i müsbət həll olunub, 10,5%-i barədə müvafiq izahat verilib, 6%-i əsassız sayılıb.

Məlumatdan aydın olur ki, vergi orqanlarına şikayətlər azalıb. Belə ki, 3-cü rübdə vergi orqanlarına daxil olan müraciətlərin ümumi sayı 2-ci rübə nisbətən 4,6%, şikayətlərin ümumi sayı isə 25,5% azalıb. Vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı şikayətlərin sayı 19,3%, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı şikayətlərin sayı isə 44% azalıb.

Sentyabr ayının sonunda vətəndaşların videoqəbulu layihəsi də başa çatdırılıb, onlara ərazi vergi idarələri və vergi ödəyicilərinə xidmət terminalları vasitəsilə nazirliyin rəhbər vəzifəli şəxslərinə birbaşa real vaxt rejimində müraciət etmək imkanı yaradılıb. Həm nazirliyin rəhbər vəzifəli işçiləri, həm də Ərazi Vergilər İdarələri və vergi ödəyicilərinə xidmət terminallarının əməkdaşları üçün videoqəbulla bağlı treninqlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR