Bank Of Baku

Azərbaycanın əsas kapitalına yönəldilən xarici investisiyaların həcmi 26% artıb

Azərbaycanın əsas kapitalına yönəldilən xarici investisiyaların həcmi 26% artıb
# 21 oktyabr 2011 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 775,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilmiş xarici sərmayənin həcmi 25,6% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 594,8 mln. manatı və 89,8%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR