Bank Of Baku

Azərbaycanda qızıl hasilatı 14% azalıb

Azərbaycanda qızıl hasilatı 14% azalıb
# 21 oktyabr 2011 14:24 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 1 004 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 26,8% çoxdur.

Cari ilin oktyabr ayının 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 68 kq, gümüşün isə 57 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 284 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 0,3% artıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 626 dollara, gümüşün 1 unsiyası isə 30,6 dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR