Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb
# 21 oktyabr 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 7,4% üstələyərək 3,7 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 66,6%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 2,9 mlrd. manatlıq və ya 6,3% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 45,1 manatlıq və ya 4,4 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR