Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Belarusun dörd şirkətinə qarşı başladığı iqtisadi sanksiyalarla bağlı «Kapital Bank»ın müştərilərə etdiyi xəbərdarlığa münasibət bildirib

Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Belarusun dörd şirkətinə qarşı başladığı iqtisadi sanksiyalarla bağlı «Kapital Bank»ın müştərilərə etdiyi xəbərdarlığa münasibət bildirib
# 22 oktyabr 2011 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Belarusun dövlət mülkiyyətində olan dörd şirkətinə qarşı iqtisadi sanksiyalarla bağlı «Kapital Bank»ın müştərilərə etdiyi xəbərdarlığa münasibətini bildirib.

AMB-nin baş direktoru Rəşad Orucovun sözlərinə görə, bu xəbərdarlıq sadəcə «Kapital Bank» tərəfindən müştəriləri mövcud məsələ ilə bağlı məlumatlandırmaqdan ibarət ola bilər: “Lakin qeyd edə bilərəm ki, bu barədə AMB tərəfindən bu sanksiya ilə bağlı hər hansı bir qərar qəbul etməyib”.

Qeyb edək ki, «KapitalBank» ABŞ-ın Belarus Respublikasının dövlət mülkiyyətində olan dörd şirkətinə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi ilə əlaqədar işçilərini və bank müştərilərini diqqətli olmağa çağırıb. «KapitalBank» filiallarında yapışdırılmış elanlarda iqtisadi sanksiya tətbiq olunan şirkətlərin adları da sadalanıb. Bunlar gübrə istehsalçısı “Qrodno Azot” zavodu, avtomobil şinləri istehsal edən “Belşina” ASC, “Naftan” neft emalı zavodu və lif istehsalçısı “Qrodno Ximvolokno” ASC-dir. Bank işçiləri və müştərilər bu şirkətlərlə əlaqə qurarkən iqtisadi sanksiyaların tətbiqini nəzərə almalıdırlar.

Qeyd edək ki, ABŞ bu il avqustun 11-də adıçəkilən şirkətlərə qarşı sanksiya tətbiq edib. sanksiyaya əsasən, bundan sonra amerikalılar adıçəkilən müəssisələrlə işbirliyi qura bilməzlər. Dövlət Departamentinin bəyanatında deyilib ki, yeni sanksiyalar Belarusda davam edən siyasi repressiyalara cavabdır.

Bu məsələ ilə bağlı «KapitalBank» da öz mövqeyini açıqlayıb. Açıqlamada bildirilir ki, müştərilərini mümkün risklərdən qorumaq hər bir bankın vəzifəsidir: “Bu baxımdan xarici ölkələrin hansısa şirkətlərinə qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar və digər bu kimi məsələlər haqqında dövlət qurumlarının rəsmi məlumatları bankların cari fəaliyyətində nəzərə alınır. «Kapital Bank»ın filialında müştərilərin diqqətinə çatdırılan xəbərdarlıq da qanuna müvafiq qaydada banka daxil olmuş rəsmi məlumata əsaslanır və bu, bankın müştərilərinin maraqlarının qorunmasına xidmət edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR