Bank Of Baku

Azərbaycan gələn il dövlət borcu üzrə ödənişləri artıracaq

Azərbaycan gələn il dövlət borcu üzrə ödənişləri artıracaq
# 24 oktyabr 2011 10:54 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, 2012-ci il üçün xarici dövlət borcunun limiti 2 mlrd. manat, daxili dövlət borcunun limiti isə 1 mlrd. manat həcmində proqnozlaşdırılır.

«Xarici dövlət borcu üzrə ödəniş məbləğinin 235 945,309 min manat, o cümlədən əsas borc üzrə 114 835,772 min manat, faiz ödənişləri üzrə isə 121 109,537 min manat olacağı gözlənilir», - deyə Nazirlər Kabinetindən bildirilib.

Eyni zamanda, daxili dövlət borcu üzrə ödənişin 126 466,004 min manat, o cümlədən əsas borc üzrə 96 176,080 min manat, faiz ödənişləri üzrə isə 30 289,924 min manat təşkil edəcəyi gözlənilir.

Göründüyü kimi, borc öhdəliklərinin əsasən dövlət zəmanətli olmasını nəzərə alaraq, 2012-ci ildə dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı xərclər üçün 362 411,313 min manat və ya 2011-ci ilə nisbətən 4,5% çox vəsait nəzərdə tutulub. Nəticədə, gələn il xarici borc üzrə ödənişlərin 9,7 mln. manat və ya 4,3%, daxili borc üzrə isə 6,1 mln. manat və ya 5% artırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR